şirin cana (canına) qəsd etmək

to work double tides / to hold one’s nose to the grindstone / to roll up one’s sleeves and set to work / to show great zeal for one’s work / to work away hour after hour (to work unceasingly, tirelessly) работать не покладая рук / засучив рукава (работать самоотверженно, усердно)
Şirin aşına zəhər qatma.
şirin danışmaq
OBASTAN VİKİ
Artemisia cana
Artemisia cana (lat. Artemisia cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis cana
Baccharis cana (lat. Baccharis cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Buddleja cana
Buddleja americana (lat. Buddleja americana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja callicarpoides Kunth Buddleja cana Willd. Buddleja dentata Kunth Buddleja floribunda Kunth Buddleja occidentalis L. Buddleja spicata Ruíz & Pav. Buddleja verbascifolia Kunth Buddleja americana var. albiflora Gómez Buddleja americana var. rothschulii Loes.
Callicarpa cana
Callicarpa candicans (lat. Callicarpa candicans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Atriplex cana
Ağ sirkən (lat. Atriplex cana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. Qafqaz, Avropa, Aşağı Volqaboyu, Krım, Qərbi Sibir, Orta Asiyada yayılmışdır. Baltikyanı zonada təsvir edilmişdir. Hündürlüyü 20-50 sm, aşağı hissəsində çoxlu budağı olan yarım-kolcuqdur. Budaqları oduncaqlı,qonur-boz rəngli çatlamış qabıqla örtülmüşdür. Alt yarpaqları əyri-üzbəüz, qalıntəhər, uzunsov-ovaldan tərsinə-lansetvariyədəkdir. Yuxarı yarpaqları küt, çox vaxt batıq, kənarları bütövdür. Çiçəkləri yarpaqsız sünbül-süpürgəvari çiçək qrupunda yerləşir. Dişicik çiçəklərin çiçəkaltlıqlari oturaq, üstü enli, üçdişlidir.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Qəsd (1990)
Film çar imperiyasının I Pyotr zamanından Sovet imperiyasının Qorbaçov dövrünədək, ermənilərin məkri ilə Azərbaycan diyarına, azərbaycanlı-türk millətinə qəsdlərin təkzibolunmaz ifşasına həsr edilmişdir. Belə qəsdlər bir deyil, iki deyil, saysız hesabsızdır. Filmdə onların yalnız bir neçəsi sadalanır. Pyotrun vəsiyyətinə əməl edərək, Azərbaycana işğalçılıq basqınları, bədnam Türkmənçay və Gülüstan müqavilələrinə əsasən Azərbaycanın iki yerə parçalanması, 1905 və 1918-ci illərdə rus imperiyasına arxalanan erməni daşnaqlarının qanlı cinayətləri, 1920-ci ildə Leninin sərəncamı ilə XI Qırmızı Ordunun işğalçılıq basqını və Azərbaycan Demokratik Respublikasının süqutu, 1937-ci il Stalin repressiyası, 1990-cı ildə Qorbaçovun sərəncamı ilə törədilən 20 yanvar qanlı cinayəti, xalqın faciəsi, Rusiya ordusuna arxalanan erməni işğalları, vəhşilikləri, heç bir ədəb-ərkan qaydalarına sığmayan əməlləri... Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sara Nəzirova, Rauf Nağıyev Operator: Rəfael Salamzadə Səs operatoru: Marat İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sui-qəsd
Siyasi sui-qəsd bir və ya daha çox insanın məqsədli və planlı şəkildə öldürülməsi deməkdir. Öldürülən və ya öldürülməsi istənilən şəxs ümumiyyətlə dövlətə məxsus və ya strateji əhəmiyyətli şəxsdir. İzahlı lüğətlərdə, "gizlincə qəsd etmək", "qaçırmaq" və "pisliyə cəhd" kimi izah olunur.
Özünə qəsd
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Solmaz Şirin
İxtiyar Şirin
İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993). 23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamallılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 16 oktyabr 1992-ci ildə İxtiyar Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilib. 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilib. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. 14 noyabr 2022-ci il tarixində vəfat etmişdir. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi.
Şirin Axundov
Şirin Məşədi Hüseyn oğlu Axundov (1878, Salyan, Cavad qəzası – 28 oktyabr 1927, Bakı) — Azərbaycan tarzəni. Sadıq Əsəd oğlunun tar ifaçılığı məktəbinin davamçısı olmuşdur. Xalq arasında «Səlyanlı Şirin» kimi çağırılırdı. Öz dövrünün məşhur muğam ustadlarından tar ifaçılığının və muğam sənətinin sirlərinə dərindən yiyələnmişdi. O, əsasən müşayiətçi tarzən kimi tanınmışdı. Bir çox xanəndələrlə sənət yoldaşı olmuş, Cabbar Qaryağdı oğlunu, Məşədi Məmməd Fərzəliyevi, İslam Abdullayevi, Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şirin Axundov 1903-cü ildən başlayaraq, uzun illər boyu görkəmli xanəndə Ələsgər Abdullayevlə birgə çalışmışdır. Bu ansamblın məclislərdə və konsertlərdə çıxışları böyük rəğbətlə qarşılanır və muğam biliciləri tərəfindən yüksək qiymətləndirilirdi. Onların ifasından qrammofon vallarında bir neçə səsyazısı yadigar qalmışdır; 1914-cü ildə Macarıstanın «Premyer-Rekord» səsyazma şirkəti tərəfindən «Çahargah», «Mirzə Hüseyn Segahı», «Hasar», «Müxalif» muğamları vala yazılmışdır. Bundan əlavə, Şirin Axundov İslam Abdullayevin oxuduğu muğam və təsnifləri də müşayiət etmişdir.
Şirin Bünyatova
Şirin Teymur qızı Bünyatova (d.1963, Bakı şəhəri) — Azərbaycan tarixçisi, etnoqraf alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü. Şirin Bünyatova 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1979-cu ildə 7 saylı orta məktəbi qızıl medalla bitirmiş və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1984-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, fərqlənmə diplomu ilə bitirib. 1984-cü ildə AMEA-nın Tarix İnstitutunun aspiranturasına əyani şöbəyə (etnoqrafya ixtisası üzrə) daxil olmuşdur. 1991-ci ildə "Nizaminin əsərlərində etnografik məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri doktoru dərəcəsi almışdır. 1987-cü ildən institutun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi" fəaliyyəti göstərmiş; 1990-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologya İnstitutun kiçik elmi isçi olmuş; 1991-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun elmi isçi olmuş; 1993-cü ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun baş elmi isçi vəzifədə olmuş; 1992-1998 -ci illər ərzində 44 saylı orta məktəbdə müəllim vəzifəsində işləmiş; 1996-1998-ci illərdə isə Təfəkkür Universitetində dərs demiş; 2005-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini saat hesabı müəllimə fəaliyyəti göstərmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin yarım ştat müəllimi işləmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasında dosent işləmiş. 2011-ci ildən Bakı Dövlət Universitetinin tam ştat Arxeologiya və Etnoqrafiya kafedrasinda müəllim işləyir.
Şirin Ebadi
Şirin Ebadi (fars. شیرین عبادی‎; 21 iyun 1947[…], Həmədan) — İran hüquq müdafiəçisi, 2003-cü il Nobel Sülh mükafatı laureatı. 1947-ci ildə Həmədanda anadan olmuşdur. Atası Məhəmmədəli İbadi ticarət hüququ üzrə ilk alimlərdən biri olmuşdur. Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə almışdır. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir. Ebadi 2009-cu ilin iyununda Brüsseldə keçirilən etiraz aksiyalarında iştirak edərək, Mahmud Əhmədinejadın prezident seçilməsini tanımamağa çağırıb. Bundan sonra 2009-cu ilin noyabr ayında İran hökuməti Şirin Ebadiyə 2003-cü ildə təqdim olunan diplom və medalı müsadirə edib. Bu barədə Osloda yerləşən Nobel komissiyasına məlumat daxil olub. Komissiya bildirib ki, Nobel mükafatının müsadirə olunması – bu mükafatın 108 illik tarixində ilk belə hadisədir.
Şirin Hanter
Şirin Hanter və ya Şirin Təhmasib-ABŞ-nin Cənubi Qafqaz və Yaxın Şərq siyasəti üzrə analitik və Corctaun Universitetinin professoru olan İran azərbaycanlısı elm xadimi. 2019-cu ilə qədər Prince Şahzadə Əlvaled İbn Təlal Müsəl-Xristian Anlaşma Mərkəzinin araşdırmaçı-professoru idi. O, burada 2005-ci ildən çalışmaqda idi. O, 2019-cu ildən burannı fəxri araşdırmaçısı oldu. Pəhləvi sülaləsinin hakimiyyəti dövründə, 1965-ci ildən 1979-cu ilə qədər Şirin İran XİN-də diplomat kimi fəaliyyət göstərmişdir. 1983-cü ildən 2005-ci ilə kimi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışmış, İslam Proqramının direktoru, Orta Şərq Proqramının direktor müavini (1983-2002) olmuşdur. Həmçinin o, Corc Mason Universitetində və Vaşinqton Kollecində dərslər vermişdir. O, Carnegie Korperasiyasının akademik araşdırmaçısı olmuşdur. 1993-cü ildən 1997-ci ilə qədər Şirin Brüsseldə yerləşən Avropa Siyasət Araşdırmaları Mərkəzində qonaq araşdırmaçı olmuş və Aralıq Dənizi Proqramını icra etmişdir. Bundan başqa o, Brookings İnistitutunda qonaq müəllim kimi, Harvard Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır.
Şirin Kükü
Şirin Kükü - Qəzvin bölgəsinin yerli və ənənəvi yeməklərindən biri. 500 qram qaynadılmış kartof 4 ədəd yumurta 30 qram dilimlənmiş badam 30 qram dilimlənmiş püstə 15 qram zirinc Lazım olan miqdarda əridilmiş zəfəran 1 çay qaşığı qabartma tozu 3 yemək qaşığı qatıq 1 stəkan şəkər tozu 4 yemək qaşığı gülab 100 qram yağ Yarım stəkan su Lazım olan miqdarda duz və istiot Öncədən qaynadılmış kartofların qabıqlarını soyub, rəndələyin. Sonra yumurtaları başqa bir qaba sındırıb, hamar olana qədər çəngəl ilə qarışdırıb, kartofa əlavə edin. Kartofa az miqdarda duz və istiot əlavə edin . Sonra qatıq və qabartma tozunu üzərinə töküb, qaşıqla maddələri tamamilə əmilənə kimi qarışdırın. Kükü şərbətini hazırlamaq üçün balaca bir qazana su tökün, şəkər, zəfəran və gül suyunu əlavə edib, orta istilikdə qaynadın. Sonra şərbətə püstə və badam dilimlərini və zirinci əlavə edin. Tonqal üstünə bir tava qoyub, istilənmək üçün içinə biraz zeytun yağı tökün. Sonra kükü maddələrini tavanın hər yerinə yaydırıb və bir qaşığın arxası ilə düzəldin. Kükünün bir yanı qonur olduqda, başqa yanının qonur olması üçün onu çevirin.
Şirin Mirzəyev
Şirin Vəli oğlu Mirzəyev (5 yanvar 1947, Xankəndi – 18 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi. Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. Daha sonra 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki uşağı dünyaya gəlir. 1988-ci ildə Moskvada Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi.
Şirin Məlikova
Şirin Məlikova (tam adı: Məlikova Şirin Yaşar qızı; 4 noyabr 1978, Bakı) — Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru,Azərbaycan Milli Xalça Muzeyinin direktoru (2016-2023), Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi. Şirin Yaşar qızı Məlikova Bakı şəhərində anadan olub. Şirin Məlikova 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsinə daxil olub, 1999-cu ildə təhsil ocağını fərqlənmə diplomu iləntamamlamışdır. 1999–2001-ci illər ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Təsviri incəsənət tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturasında oxuyub və təhsilini fərqlənmə diplomu ilə tamamlamışdır. 2001-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı olub. 2007-ci ildə "Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri" mövzusunda dissertasiya müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" kafedrasında , 2012-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "İncəsənət tarixi" kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir.2019-cu ildən dosent vəzifəsini icra edir. 2011-ci ildən Heydər Əliyev Fondunun incəsənət sahəsində eksperti olaraq həm Azərbaycanda, həm də xaricdə bir sıra beynəlxalq sərgi və festivalların təşkilatçılarından olmuşdur. 2016-2023-cü illərdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru çalışıb.
Şirin Rzayev
Şirin Həsən oğlu Rzayev (25 aprel 1942, Kirovabad – 14 fevral 2020) — dirijor, pedaqoq; Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1985), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Kamera orkestrinin bədii rəhbəri. Şirin Rzayev 1942-ci il aprel ayının 25-də Gəncə şəhərində anadan olub. 14 fevral 2020-ci ildə vəfat etmişdir. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor—dirijorluğu fakültəsini əla diplomla bitirmişdir. 1968—1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərmişdir. Görkəmli bəstəkarlarımız Q.Qarayev, F.Əmirov, C.Cahangirov və böyük dirijorumuz Niyazi bu simfonik orkestrin fəaliyyətinə yüksək qiymət vermişlər. 1970—1985-ci illərdə Şirin Rzayev Gəncədə keçirilən "Mahnı bayramları"nın baş dirijoru və ya musiqi rəhbəri olmuşdur. 1980—1992-ci illərdə yaradıcısı olduğu "Şərəfxanlı" El nəğmələri teatrının bədii rəhbəri olmuşdur. 1981-ci ildə Moskvada keçirilmiş ümumittifaq müsabiqəsində “ Şərəfxanlı ”El nəğmələri teatrı birinci yeri tutmuş və Şirin Rzayev “ Qızıl medalla ” təltif olunmuşdur.
Şirin Xalmuratova
Şirin Xalmuratova (qaraqalpaqca:Shirin Xalmuratova; 11 oktyabr 1949, Daşkənd – 6 mart 2013) — Qaraqalpaq şairi və publisisti Şirin Uteşovna Xalmuratova 11 oktyabr 1949-cu ildə Özbəkistan SSR-in Daşkənd şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nukus Dövlət İnstitutunun tarix və filologiya fakültəsində təhsil almışdır. "Bilik", "Kniqolyubov" cəmiyyətlərində çalışmışdır. Uzun illər "Sovet Karakalpakstanı" qəzetinin xüsusi müxbiri olmuşdur. Şirin Xalmuratova yazıçı, şair və tərcüməçi Uzakbay Pirjanovun həyat yoldaşı olmuşdur. Bu nikahdan onların Lira Pirjanova, Gözəl Pirjanova, Erpolat Pirjanov, Aysultan Pirjanova və Muxtar Pirjanov adlı övladları dünyaya gəlmişdir. Şirin Xalmuratova 6 mart 2013-cü ildə vəfat etmişdir. Şirin Xalmuratova bədii yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin sağlığında "On səkkizinci bahar", "Sevimli insanlar" kimi kitabları nəşr olunmuşdur. Onun şeirləri həmçinin 1974-cü ildə "Karakalpakstan" nəşriyyatı tərəfindən nəşr olunan qaraqalpaq şairlərinin poetik axtarışlarından ibarət "Amu nəğmələri" məcmuəsinə daxil edilmişdir.
Şirin Xatun
Şirin Xatun (1450 – bilinmir, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Abdullahın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1464-cü ildə Şahzadə Abdullahı, 1475-ci ildə isə Aynişah Sultanı dünyaya gətirdi. 1480-ci ildə oğlu Şahzadə Abdullah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edilən oğlu və qızı Aynişah Sultanla birlikdə Trabzona yola düşdü. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Atasının taxta çıxmasından bir müddət sonra oğlunun vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı.